Herkes İçin Peygamber Efendimiz'in Hayatı

Əhməd Cövdət Paşa 45 On il müddətinə sülh bağlanmışdı. Buna görə bu il Müsəlmanlar Kəbəni təvaf etmədən geri dönəcək və gələn il gələrək Məkkəyə girib təvaf edəcək, lakin üç gündən çox qalmayacaqdılar. Bu əsnada Qureyşlilər Məkkədən kənara çıxa biləcəkdilər. Gələcəkdə Müsəlman olanların Mədinəyə qəbul edilməyəcəyi, müşriklər tərəfinə keçənin qaytarılmayacağı maddəsi də yazıldı. Ancaq Qureyşlilər aradan çox vaxt keçmədən Rəsuli-Əkrəmə (s.a.v) elçi göndərib Qureyşdən Müsəlman olub Mədinəyə sığınanların geri qaytarılması şərtinin çıxarılmasını xahiş etilər. Bu maddə çıxarıldı. Çünki geri qayıdanlar Məkkədən qaçıb Qureyşin karvanlarını yağmalayırdılar. Sülh razılaşması tamamlandıqdan sonra altına Mühacirlərin və Ənsarın böyüklərindən və müşriklərin rəislərindən şahid olan kimsələrin adları yazıldı. Ridvan Beyəti Peyğəmbər (s.a.v) Əfəndimizin elçi olaraq göndərdiyi Hz. Osmanı Qureyş əvvəl yaxşı qarşılamış, sonra da nəzarət altına almışdılar. Buna görə Həzrəti Osmanın dönüşü gecikdiyi üçün Rıdvan beyəti oldu. Belə ki, Rəsuli-Əkrəm (s.a.v) bir ağac altında oturdu. Bütün Əshabı-Kiram ölənə qədər səbr və səbat etmək və əsla fərarilik etməmək şərtilə Rəsulullaha beyət etdilər. Rəsuli-Əkrəm (s.a.v) iki əlini bir-birinə bağ- layıb Həzrəti Osmanın adına da beyət etdi. Müsəlmanların bu beyəti Qureyş müşriklərini qorxuya və dəhşətə saldı. Həzrəti Osmanı göndərdilər. Digər tərəfdən Süheyl getdi və sülhü elan etdi. Rəsuli-Əkrəm qurbanlıq dəvəsini kəsdi və başını təraş etdi. Əshabı- Kiram da qurbanlarını kəsdilər. Rəsuli-Əkrəm (s.a.v) Hüdeybiyyədə iyirmi günə qədər qaldıqdan sonra Mədinəyə geri döndülər.

RkJQdWJsaXNoZXIy NTY0MzU=