Herkes İçin Peygamber Efendimiz'in Hayatı
Hər kəs üçün Peyğəmbər Əfəndimizin (s.a.v) həyatı 44 Gülər üzlü və şirin sözlü olub Əhli-beytinə, xidmətçilərinə və Əshabı-Kiramına gözəl rəftar etdiyi kimi digər insanlarla da yumşaq şəkildə rəftar edirdi. Yumşaq xasiyyətli, təvazökar idi və bütün insani üstünlüklər onda toplanmışdı. Bununla birlikdə, tam mənası ilə ciddi və heybətli idi. Məclisinə girənlər faydalanıb fərəhlənirdi. Onu tanımayan bir kimsə qəflətən görsəydi, heybətə düşərdi. Ümumiyyətlə, əxlaqı gözəl və xasiyyətləri mükəmməl idi. Mübarək və məsud varlığının bənzəri yox idi. Qureyş müşrikləri ilə bir sülh müqaviləsi bağlanıb hər iki tərəfin xalqı bir-biri ilə sərbəst görüşə bilsəydi, bütün müşriklər İslam dininin gözəlliklərini və Rəsuli-Əkrəmin (s.a.v) möcüzələrini görüb öyrənə bi- lərdilər. Beləliklə, İslamiyyətin Ərəbistanda asanlıqla yayılması üçün bir sülhə ehtiyac var idi. Rəsuli-Əkrəm (s.a.v) Həzrətləri hicrətin altıncı ili Zilqadə ayının əvvəlində min beş yüz nəfər Əshabı-Kiramı ilə Mədinədən çıxıb Məkkəyə doğru hərəkət etdi. Niyyətlərinin müharibə olmayıb sırf ümrə, yəni say və təvaf ilə Kəbəi-Müəzzəməni ziyarətdən ibarət olduğunu göstərmək üzrə silah- larını götürmədilər. Əshabı-Kiram sadəcə yolçu silahı olan bir qılınc taxdı. Mədinəlilərin miqatı olan Zülhuleyfədə ehrama girdilər və yetmiş dəvəyə qurbanlıq nişanı vurdular. Lakin Qureyşlilər Rəsuli-Əkrəmin (s.a.v) Mədinədən çıxdığını xəbər alınca toplandılar və döyüşə hazırlaşdılar. Əshabı-Kiram Hüdeybiyyənin sonunda suyu çəkilmiş bir quyunun başında durdu. Rəsuli-Əkrəm (s.a.v) Əbu Süfyan və digər Qureyş rəisləri ilə görüşüb məqsədlərinin sırf təvaf və Beytullahı ziyarət olduğunu onlara bildirmək üçün Həzrəti Osmanı göndərdi. Qureyş rəisləri sülhə razı oldular və bunun üçün məşhur natiq Süheyl bin Amrı göndərdilər. Süheyl bin Amr gəlib Rəsuli-Əkrəm (s.a.v) ilə görüşdü. Sülh mad- dələrinə qərar verildi və Həzrəti Əli sülh maddələrini yazdı.
RkJQdWJsaXNoZXIy NTY0MzU=