Herkes İçin Peygamber Efendimiz'in Hayatı
Əhməd Cövdət Paşa 43 Yəhudilərin əsla dayanacaq gücü qalmadığından qeydsiz-şərtsiz təslimə məcbur oldular. Hamısı doqquz yüz nəfər idi. Müsəlmanların çox çətin zamanlarında müqavilələrini pozmuş, üzərlərinə gedilincə də Rəsulullaha çox çirkin sözlər söyləmişdilər. Bu səbəblə döyüşə bilən kişiləri edam, övlad və ailələri əsir alındı, malları da müsadirə edildi. Hicrətin altıncı ili (M. 627/628) Hüdeybiyyə Sülhü Xəndək Savaşında kafirlərin məğlub olaraq pərişan bir halda getmə- ləri ilə artıq meydan Müsəlmanlara qaldı. Müsəlmanlar gündən-günə qüvvətlənir və şərəfi artırdı. Ağlı və insafı olanlar Peyğəmbər (s.a.v) Əfəndimizin möcüzələrini və İslam dininin gözəlliklərini gördülər, iman gətirdilər. Qəbilə və tayfaların irəli gələnləri və rəislərinin çoxu ədəbiyyata dost və şair olduqlarından Qurani-Kərimin əlçatmaz dərəcədə bəlağətinə baxıb insan kəlamı olmadığını anladılar. Lakin rəisliklərini itirməmək üçün xalqı köhnə batil inanclarında saxlamaqda israr edirdilər. Lakin bir vəsilə ilə İslam dininin gözəlliklərini öyrənənlər və xüsusilə Rəsuli-Əkrəmin (s.a.v) mübarək üzünü görənlər də yavaş-yavaş imana gəlirdilər. Çünki o Peyğəmbər Əfəndimizin (s.a.v) mübarək üzü və bədəni hər kəsdən gözəl və əxlaqı mükəmməl idi. Bütün üzvləri bir- birinə uyğun və bütün xüsusiyyətləri ən gözəl şəkildə idi. Üzündə nur və gözəllik, sözündə axıcılıq və şirinlik, dilində və ifadəsində fövqəladə bir gözəllik vardı. Boş söz söyləməzdi, hər sözü hikmət və nəsihət olub hər kəsin ağıl və idrakına görə söz söyləyərdi.
RkJQdWJsaXNoZXIy NTY0MzU=