Herkes İçin Peygamber Efendimiz'in Hayatı

Hər kəs üçün Peyğəmbər Əfəndimizin (s.a.v) həyatı 42 Düşməni dəhşətə salmaq üçün göydən min mələk enmişdi. Düşmən ordusunun ətrafında təkbir sədaları və qılınc şaqqıltıları eşidilirdi. Əbu Süfyan dəvəsinə minib getdi. O biri Qureyş qəbilələri də onun arxasından hərəkət etdi. Müşriklər gecə qalxıb gedərkən xeyli ərzaq və digər əşyalarını buraxmışdılar. Səhərisi gün Müsəlmanlar onları toplayıb orduya gətirdilər. Bundan başqa xurma və taxıl yüklü iyirmi dəvə ələ keçirdilər. İslam əsgəri o dəvələrin çoxunu kəsib yedi. Bol-bol xurma da yeyib qarınlarını doyurdular. Qıtlıq getmiş və bolluq meydana gəlmişdi. Rəsuli-Əkrəm (s.a.v) Əshabı-Kiramına xitab olaraq: “Artıq növbə sizə gəldi. Bundan sonra Qureyş müşrikləri sizin üzərinizə gəlməyəcək” - buyurdu. Bu müharibədə müşriklərin dörd əsgəri öldü. Müsəlmanlardan da beş əsgər şəhid oldu. Qurayzaoğulları Savaşı Zilhiccə ayına bir həftə qala Rəsuli-Əkrəm (s.a.v) Xəndək Savaşından dönüb silahlarını çıxarmışdı. Dərhal Cəbrail Aləyhissalam gəlib Qurayzaoğullarının üstünə getmək üçün Allahu Təaladan əmr gətirdi. Rəsuli-Əkrəm təkrar silahlandı. Bilal Həbəşi radıyallahu anh Həzrətlərinə əmr verib: “Allahın əmrinə itaət edənlər əsr namazını Qurayzaoğulları torpaqlarında qılsın” - deyə elan etdirdi və İslam bayrağını Həzrəti Əliyə verib irəli göndərdi. Özü də miniklə arxadan hərəkət etdi. İslam əsgərinin hamısı üç minə qədər olub otuz altısı atlı idi. Qurayzaoğulları qalası şiddətli mühasirə altına alındı.

RkJQdWJsaXNoZXIy NTY0MzU=