Herkes İçin Peygamber Efendimiz'in Hayatı
Əhməd Cövdət Paşa 41 Bu əsnada Qurayzaoğulları Yəhudilərinin Müsəlmanlarla bağladıq- ları müqaviləni pozduqları və gecə gəlib Mədinə şəhərinə basqın edəcəkləri xəbəri yayıldı. Rəsuli-Əkrəm gecələri Mədinə şəhərini müha- fizə üçün üç yüz adamla Zeyd bin Harisə Həzrətlərini, iki yüz adamla da Sələmə bin Əsləm Həzrətlərini göndərdi. Özü də qalan İslam əsgəri ilə səhərə qədər xəndək xəttini mühafizə etdi. Arada xəndək olduğundan iki ordu bir-biri ilə vuruşmayıb ancaq ox atışı həyata keçirirdilər. Sabahısı gün bütün müşriklər Qurayza Yəhudiləri ilə birlikdə hər tərəfdən Müsəlmanları mühasirəyə aldılar. Axşama qədər göz açdırmayıb ard-arda ox atdılar. Müsəlmanlar azlıqda çox zəif və macalsız qalmışdılar, halları çox yaman oldu. Nəhayət axşam olub düşmən çəkildi. Ğatafan qəbiləsindən Nuaym bin Məsud bu əsnada imana gəlmiş, ancaq hələ Müsəlman olduğunu açıqlamamışdı. Bir hiylə ilə Ərəb qəbilələri ilə Yəhudilər arasına anlaşmazlıq saldı və işin rəngi dəyişdi. Müharibədə əvvəlki şiddət qalmadı. Rəsuli-Əkrəm zöhr ilə əsr arasında Cənabı Haqqa dua və niyaz edərkən üzündə məmnuniyyət əsəri görüldü. Cəbrail Aləyhissalam gəlib Allahu Təala Həzrətləri tərəfindən külək və mələklər ilə yardım olunacağını müjdələdi. Əsr ilə axşam arasında böyük bir fırtına qopdu. Külək həm soyuq, həm də bənzəri görülməyən şəkildə şiddətlə əsməyə başladı. Küləyin yerdən qaldırdığı toz-torpaqdan müşriklərin gözü görməz oldu. Yemək qazanları aşdı, çadırları uçurtma kimi havada uçmağa başladı. Arxa- sından axşam oldu, qaranlıq düşdü və ortalığı bir dərəcə daha qorxu və dəhşət bürüdü. Əbu Süfyan ümidsizlik içində: “Ey topluluq! Bura oturub qalacaq yer deyil. Qurayzaoğulları ilə də aramızda anlaşmazlıq çıxdı. Bax, mən gedirəm. Siz də köç edin” - deyirdi.
RkJQdWJsaXNoZXIy NTY0MzU=