Herkes İçin Peygamber Efendimiz'in Hayatı
Hər kəs üçün Peyğəmbər Əfəndimizin (s.a.v) həyatı 40 Bu savaş iyirmi səkkiz gün davam etdi və ordu Ramazan ayının əvvəlində Mədinəyə döndü. Xəndək Savaşı Yəhudilərdən Qaynuqaoğulları ilə Nadiroğulları Mədinədən uzaqlaşdırılmışdılar. Yəhudi rəisləri Məkkəyə gedib Rəsuli-Əkrəm ilə savaşmaq üçün Qureyşlilərlə ittifaq bağladıqdan sonra Nəcdə getmiş və Ğatafan, Süleymoğulları və digər bəzi qəbilələrlə də razılaşmışdılar. Qureyş rəisləri Daru’n-Nədvədə toplanıb Rəsuli-Əkrəm ilə savaşa qərar verdilər. Üç yüz atlı, min beş yüz dəvə, dörd min əsgər topladılar. Rəisləri Əbu Süfyan idi. Əbu Süfyan bu ordu ilə Məkkədən çıxıb Mərru'z-Zahrana gəldiyində başqa qəbilələrdən əsgərlər gəlib qatıldı. On mindən çox olan bir ordu ilə Mədinəi-Münəvvərəyə tərəf yürüdü. Rəsuli-Əkrəm (s.a.v) Qureyşin bu təşəbbüslərini eşidincə yaxın səhabələrini toplayıb məsləhətləşdi. Salmanı Farisi radıyallahu anh Həzrətlərinin tövsiyəsi ilə şəhərin kənarına xəndək qazıldı. Rəsuli-Əkrəm və bütün Müsəlmanlar ciddi səylə xəndək qazmağa çalışırdılar. Salmanı Farisi radıyallahu anh Həzrətləri isə on adamın işini görürdü. Bu əsnada Peyğəmbər Əfəndimizdən bir çox möcüzələr zühur etdi. İki həftə içində xəndək hazır oldu. Sonra müşriklərin böyük ordusu gəldi. Rəsulullah da əsgərləri ilə şəhərin xaricinə çıxıb arxalarını Sel dağına verdilər. Düşmənə qarşı saf tutdular. İslam əsgərinin sayı üç min idi, otuz altı atları vardı. Müşriklər bir hücumda Müsəlmanları məğlub etmək üçün Mədinəi- Münəvvərə üzərinə gəlmişdilər. Önlərinə xəndək çıxınca durdular. Ətrafı gəzdilər, keçəcək yer axtardılar, tapa bilmədilər.
RkJQdWJsaXNoZXIy NTY0MzU=