Herkes İçin Peygamber Efendimiz'in Hayatı

Hər kəs üçün Peyğəmbər Əfəndimizin (s.a.v) həyatı 38 vermişdilər. Cəbrail Aləyhissalam gəlib Bəni Nadirin sui-qəsdini Rəsuli- Əkrəmə xəbər verdi. Rəsuli-Əkrəm (s.a.v) də: “On gün içində bu bölgədən çıxıb getsinlər” - deyə Nadiroğullarına xəbər göndərdi. Onlar: “Biz vətənimizdən çıxmarıq, əlindən gələni et” - deyə Rəsuli- Əkrəmə xəbər göndərdilər. Rəsuli-Əkrəm Əfəndimiz də hicrətin dördüncü ilində Bayrağı Həzrəti Əliyə verib ordusu ilə Mədinə xaricinə çıxdı. Bəni Nadir qalasını muhasirəyə aldı. Bəni Nadir altı gün muhasirəyə alınıb ox və daş atılaraq təzyiq olunduqdan sonra aman dilədilər və silahların xaricindəki mallarından dəvələrinə yükləyə bildikləri qədərini götürərək çıxıb getmək üçün icazə istədilər. Kimisi Xeybərə, kimisi də Şama getdi. Yenə bu il, Nəcd qəbilələrindən Ğatafan qəbiləsinin Mədinəi- Münəvvərəyə hücum etmək üçün əsgər topladıqlarını eşidincə Rəsuli- Əkrəm Əfəndimiz ordusu ilə Nəcdə səfər təşkil etdi. Lakin Ğatafanlılar qarşı gəlmədilər, müharibə olmadan geri döndülər. Digər hadisələr Hicrətin dördüncü ili Şaban ayında xanımların əfəndisi Fatimətü'z- Zəhra radıyallahu anhadan Həzrəti Hüseyn radıyallahu anh dünyaya gəldi. Ümmü Sələmə radıyallahu anhə Həzrətləri –ki, qırx dörd yaşında bir dul qadın idi- Rəsuli-Əkrəm bu əsnada onunla evlənmişlər. Əbu Süfyan Uhuddan qayıdıb gedərkən: “Sizinlə gələn il Bədirdə görüşək” - deyincə Həzrəti Ömər radıyallahu anh Rəsuli-Əkrəmin əmri ilə “İnşaallah” demişdi. Bu səbəblə Rəsuli-Əkrəm min beş yüz əsgərlə Mədinədən çıxıb Zilqadə ayının əvvəlində Bədirə gəldi. Əbu Süfyan da Qureyş ordusu ilə Məkkədən çıxdığı halda Rəsuli-Əkrəmin elə böyük bir ordu ilə

RkJQdWJsaXNoZXIy NTY0MzU=