Herkes İçin Peygamber Efendimiz'in Hayatı

Əhməd Cövdət Paşa 37 Hicrətin dördüncü ili (M. 625/626) Maunə Quyusu hadisəsi Hicrətin dördüncü ilinin əvvəllərində Rəsuli-Əkrəm Nəcdlilərə Qurani-Kərim öyrətmək üçün Səfər ayında Ənsarın ulularından olan Münzir bin Amr radıyallahu anh Həzrətləri ilə yetmiş Quran müəllimi göndərdi. Münzir bin Amr Həzrətləri bu yetmiş müəllim ilə Mədinəi- Münəvvərəyə dörd ev məsafədə olan Maunə Quyusu deyilən yerə çatdı və Haram bin Milhan radıyallahu anh ilə Rəsuli-Əkrəmin məktubunu Amir bin Tufeylə göndərdi. Məlun Amir Rəsulullahın məktubunu oxumadan Haram bin Milhanı vurub öldürdü. Sonra Süleymoğullarından Usayyə, Ril və Zəkvan qəbilələrini yığıb Maunə quyusuna getdi və qəflətən hücum edərək hamısını şəhid etdi. Təkcə Kab bin Zeyd radıyallahu anh Həzrətləri sağ qalmış və Mədinəi-Münəvvərəyə gəlmişdi. Rəsuli-Əkrəm (s.a.v) bu hadisəni xəbər alınca çox kədərləndi. Nadiroğulları Savaşı Nadiroğulları Yəhudi millətindən və Harun Aləyhissalamın nəs- lindən gələn böyük bir qəbilədir. Mədinəyə iki millik məsafədə olan bir yerdə otururdular. Möhkəm qalaları və mükəmməl silahları var idi. Müsəlmanların əleyhində olmamaq şərtilə Rəsuli-Əkrəm Əfəndi- mizlə söz kəsmişdilər. Ancaq Qureyş müşrikləri və Mədinə münafiqləri ilə xəbərləşməyə davam edirdilər. Bir gün Rəsuli-Əkrəm beş-on nəfər Əshabı-Kiramı ilə onların yaşadığı yerə getdiyində Yəhudilər onları hiylə ilə öldürməyə qərar

RkJQdWJsaXNoZXIy NTY0MzU=