Herkes İçin Peygamber Efendimiz'in Hayatı

Hər kəs üçün Peyğəmbər Əfəndimizin (s.a.v) həyatı 36 Bu məğlubiyyət Müsəlmanlar üçün böyük bir bəla və müsibət, İslam əsgərlərinə də Allah tərəfindən mənəvi bir tərbiyə idi. İslam dininin dost və düşməni aydın oldu və həqiqi Müsəlman olanlar seçildi. Hamrau'l-Əsəd səfəri Qureyş ordusu Uhuddan qayıdıb gedərkən, “hazır qalib gəlmişkən Müsəlmanları kökdən məhv edək” demiş və təkrar Mədinə üzərinə gəlməyə qərar vermişdilər. Rəsuli-Əkrəm (s.a.v) bu xəbəri eşidincə Hz.Əbu Bəkir və Ömərlə məsləhətləşərək Müsəlmanların zəifləmədiyini göstərmək və düşmənə göz dağı vermək üçün arxalarınca düşməyi uyğun hesab etdilər. Rəsuli-Əkrəm bayrağı Əli bin Əbu Talib radıyallahu anh Həzrət- lərinə verdi. Özü də yaralı olduğu halda atına mindi və altı yüz otuz nəfər Uhud qazisi ilə Mədinədən çıxıb Hamrau'l-Əsəd adlı mövqedə ordugah qurdu. Bunu xəbər alan Əbu Süfyanın qəlbinə qorxu düşdü. Dərhal or- dularını qaldırıb tələm-tələsik Məkkəyə getdilər. Rəsuli-Əkrəm (s.a.v) bir neçə gün ordu ilə çöldə qaldı, sonra dönüb Mədinəyə gəldi. O əsnada Əli bin Əbu Talib kərrəməllahu vəchəh Həzrətləri ilə qadınların əfəndisi Fatimətü'z-Zəhra radıyallahu anhə Həzrətlərindən Həsən radıyallahu anh Həzrətləri doğuldu. Yenə o əsnalarda şərab içmək və qumar oynamaq haram edildi.

RkJQdWJsaXNoZXIy NTY0MzU=