Herkes İçin Peygamber Efendimiz'in Hayatı
Əhməd Cövdət Paşa 35 Əfəndimizin dodağı yarıldı və bir dişi qırıldı. Mübarək yanağının üstü yarıldı və zirehinin iki halqası qırılıb qoparaq bu yarılan yerə batdı. Rəsuli-Əkrəm (s.a.v) isə qanı yer üzünə damlayıb ondan ötrü qövmünə göydən qəzəb enməsin deyə üzündən axan qanları silir və: “Ya Rəbb, qövmüm cahildir, Sən onları hidayət et!” - deyə dualar edirdi. Rəsuli-Əkrəm (s.a.v) o halda da yerindən əsla tərpənmədi. Əshabı- Kiramın böyüklərindən bəziləri pərvanə kimi Rəsuli-Əkrəmin ətrafında dolaşdıqları üçün dərhal onun başına toplaşdılar. Sonra digər Müsəl- manlar da gəlib toplanmağa başladılar. Müşriklər İslam ordusunun qüvvətini tamamilə məhv edə bilməyəcəklərini anladılar. Rəsuli-Əkrəm Əshabı-Kiramı ilə Uhud Dağı vadisində toplandılar. Burada dağınıq olan Müsəlmanlar da oraya gəldilər. Sonra Həzrəti Əli su gətirdi, Rəsuli- Əkrəm üzünü yudu və dəstəmaz alıb zöhr namazını qıldı. Əbu Süfyan Uhud dağında Müsəlmanların toplandığını görüncə bir bölük əsgərlə başqa bir yoldan onların üst tərəfinə çıxıb onları dağıtmaq istədi. Rəsulullah (s.a.v) çıxa bilməsinlər deyə dua etdi. Hər nə qədər çalışdısa da, yuxarı çıxa bilmədilər və Rəsuli-Əkrəmin duasının təsiri ilə artıq savaş və fitnə tufanı sona çatdı. Müşriklər bu dərəcə qalib gəldikləri halda Cənabı Haqq onların qəlblərinə qorxu verdi. Savaşdan tamamilə vaz keçdilər və Məkkə istiqamətində üz tutub getdilər. Bu müharibədə müşriklərin ölüsü iyirmi ilə otuz adam arasında, şəhidlər isə yetmiş adam idi. Bundan başqa Müsəlmanların bir xeyli yaralıları da var idi. Bu yetmiş şəhidin beş-altısı mühacirlərdən, qalanları da Ənsardan idi. Rəsulullah Əfəndimiz şəhidləri dəfn etdikdən sonra mübarək üzü yaralı və qəlbi qəmli şkildə Əshabı-Kiramı ilə birlikdə Uhuddan qalxıb Mədinəyə gəldi.
RkJQdWJsaXNoZXIy NTY0MzU=