Herkes İçin Peygamber Efendimiz'in Hayatı

Hər kəs üçün Peyğəmbər Əfəndimizin (s.a.v) həyatı 34 İslam ordusunun sol tərəfindəki Ayneyn Dağındakı bir vadidən düşmən süvarisinin hücum etməsi gözlənildiyindən Rəsuli-Əkrəm Abdullah bin Cübeyr radıyallahu anh Həzrətlərini əlli oxçu ilə süvari hücumuna mane olmaq üçün vadinin ağzına yerləşdirdi. “Düşmən istər qalib gəlsin, istər məğlub olsun, məndən xəbər gəlmədikcə siz buradan ayrılmayın” - deyə əmr verdi. Çox şiddətli müharibədən sonra Qureyş ordusu məğlub oldu. İslam əsgərləri qənimətləri toplamağa başladılar. Oxçular bu halı gördükdə: “Yoldaşlarımız qalib gəldi, düşmən tamamilə pozğuna uğradı. Nə durursunuz, qənimət, ey camaat, qənimət” - dedilər. Abdullah bin Cübeyr radıyallahu anh: “Siz Rəsulullahın əmrini unutdunuzmu?” - dedisə də, dinləmədilər. Abdullah bin Cübeyr radıyallahu anh Həzrətləri yeddi-səkkiz sadiq yoldaşı ilə Rəsulullahın əmrinə uyğun olaraq olduqları mövqedə qaldılar. Qureyş ordusunun sağ qol komandiri olan Xalid bin Vəlid oxçuların dağılışdıqlarını görüb atlı əsgərlər ilə hücum edərək Abdullah bin Cübeyri yoldaşları ilə birlikdə şəhid etdi. (Radıyallahu anhum). Sonra Rəsulullahın ordusunun sol qanadından keçib arxa tərəfdən hücum edərək Müsəlmanları çaşdırdı. Müsəlmanlar qalib olduqları halda bu qalibiyyət məğlubiyyətə çevrildi. Bu əsnada şəhidlərin əfəndisi olan Həzrəti Həmzə səkkiz məşhur müşriki vurub yerə sərdikdən sonra Vəhşinin bir nizəsi ilə şəhid oldu. Həzrəti Həmzənin vəfatı Müsəlmanlar üçün böyük bir müsibət idi. Xalid bin Vəlidin geridən hücum etməsi ilə birlikdə İslam ordusunda bir çaşqınlıq yarandı. Dağınıq düşən müşriklər də toplanıb geri dönərək Müsəlmanların üzərinə hücum etdilər. Bu qarışıqlıqda Ənsardan bir çox şəxs yaralandı və şəhid oldu. (Radıyallahu anhum) Düşmənlər fürsəti tapan kimi Peyğəmbər Əfəndimiz sallallahu aləyhi və səlləm Həzrətlərinin üzərinə hücum etdilər. Peyğəmbər

RkJQdWJsaXNoZXIy NTY0MzU=