Herkes İçin Peygamber Efendimiz'in Hayatı
Əhməd Cövdət Paşa 33 Bu ordunun rəisi Əbu Süfyan olub xanımı Hind də onunla idi. Orduda on beş qadın var idi, dəf çalır və əsgərə ruh yüksəkliyi verəcək şeirlər oxuyurdular. Abbas bin Abdulmuttalib Bədir Savaşında fəlakətə uğradığından icazə istəyib geri qayıtdı. Qureyşin bu hazırlığını bildirən bir məktub yazdı və üç gündə Mədinəyə çatdırmaq üçün bir xəbərçi göndərdi. Xəbərçi Rəsuli-Əkrəmi Quba kəndində taparaq məktubu verdi. Rəsuli- Əkrəm (s.a.v) Əfəndimizin Qureyş ordusu ilə əlaqəli əldə etdiyi kəşfiyyat Abbas bin Abdulmuttalibin yazdıqlarına tamamilə uyğun idi. Hicrətin üçüncü ili Şəvval ayının ilk günlərində Qureyş ordusu Mədinəi-Münəvvərə civarına gəldi və Uhud Dağı yaxınlığındakı Ayneyn Dağı yanında durdular. Rəsuli-Əkrəm (s.a.v) Əfəndimiz: “Mədinənin içində durun. Düşmən içəri hücum edərsə, müdafiə olunun və savaşın” - buyurdu. Lakin Bədir savaşında iştirak etməyən igidlər orada olan qazilərin aldığı savabı və Bədir şəhidlərinin qovuşduğu dərəcələri daha əvvəl Rəsuli-Əkrəmdən eşidib o savaşda olmadıqlarına görə aşırı dərəcədə üzüldüklərindən kənara çıxılmasında israr etdilər. Rəsuli-Əkrəm də kənara çıxıb meydan müharibəsi aparmaq üçün qərar verdi və: “Səbr və səbat etsəniz, bu dəfə də Cənabı Haqq sizə yardım lütf edər” - deyə buyurdu. Rəsuli-Əkrəm (s.a.v) Əfəndimiz bir-birinin üstünə iki zireh geydi və qılıncını taxıb mübarək evindən çölə çıxdı. Atına minib ordu ilə Mədinə xaricinə çıxdılar, Uhud Dağına tərəf getdilər. Əsgərin sayı min nəfər idi. Lakin münafiqlərin rəisi olan Abdullah bin Übey özünə tabe olan üç yüz nəfər münafiq ilə geri döndü. Rəsulullahın ordusu yeddi yüz əsgərdən ibarət oldu, onların da yüzü zirehli idi. Təkcə Rəsuli-Əkrəm ilə Əbu Bürdə radıyallahu anh Həzrətlərinin bir atı var idi, digər əsgərlərin hamısı piyada idi. İslam ordusu arxasını Uhud Dağına söykədi.
RkJQdWJsaXNoZXIy NTY0MzU=