Herkes İçin Peygamber Efendimiz'in Hayatı
Hər kəs üçün Peyğəmbər Əfəndimizin (s.a.v) həyatı 32 Lakin çuvalları yığıb əziyyət çəkmədən xeyli yemək və ərzaq əldə etdilər. Rəsuli-Əkrəm (s.a.v) bu səfərdə beş gecə Mədinə xaricində qalmış və Zilhiccənin doqquzuncu günü Mədinəyə dönmüşdülər. Səhərisi gün Qurban Bayramı idi. Bayram namazı qıldı və qurban kəsdi. Əshabı-Kirama da qurban kəsmələrini əmr etdi. Yenə bu Zilhiccə ayında Rəsuli-Əkrəm qızı Fatımatü'z-Zəhra radıyallahu anhə Həzrətlərini Əli bin Əbu Talib radıyallahu anh Həzrətləri ilə evləndirdilər. O vaxt Həzrəti Fatimə on beş yaşında və Həzrəti Əli iyirmi bir yaşında idi. Yenə Rəsulullah (s.a.v) Allahın əmri ilə Hz.Ömərin qızı Həzrəti Hafsanı öünə nikahladı və öz qızı Ümmü Gülsüm radıyallahu anhə Həzrətlərini Hz. Osman bin Affana verdi. Hicrətin üçüncü ili (M. 624/625) Uhud Savaşı Bədirdə Qureyş ordusu pərişan və darmadağın olaraq Məkkəyə qayıdınca, ataları, yaxud qardaşları ölənlər Əbu Süfyanın yanına toplan- dılar və: “Muhamməd bizim böyüklərimizi öldürdü, bizləri kimsəsiz qoydu. Bu yeni gələn karvanla bizə kömək edin ki, ondan intiqam alaq” - dedilər. Qureyşlilər iki minə qədər əsgər topladılar və üç min nəfərlik bir ordu ilə Məkkədən çıxdılar. Yeddi yüzü zirehli və iki yüzü atlı olub üç min də dəvələri var idi.
RkJQdWJsaXNoZXIy NTY0MzU=