Herkes İçin Peygamber Efendimiz'in Hayatı
Əhməd Cövdət Paşa 31 Uhud Dağı Qaynuqaoğulları Rəsulullah ilə andlaşmanı pozduqlarından Rəsuli- Əkrəm (s.a.v) hicrətin ikinci ili Şəvval ayının ortalarında on beş gün Qaynuqaoğulları qalasını mühasirəyə aldı. Zilqadə ayının əvvəlində qala təslim olmağa məcbur oldu. Rəsulullah (s.a.v) onları öldürmək fikrindən daşınaraq Şam tərəfinə sürgün etdi. Seviq səfəri Əbu Süfyan Qureyşlilərin rəisi olmuş, Müsəlmanların üzərinə bir səfər təşkil etmək üçün and içmişdi. İki yüz atlı ilə Məkkədən çıxıb Mədinə ətrafına gəldikdə irəliyə ön birlikləri göndərdi. Onlar da Mədinəyə bir saatlıq məsafədə olan bir yerə gəlib Müsəlmanlardan bir şəxsi şəhid etdilər. Rəsuli-Əkrəm (s.a.v) Əfəndimiz səksən süvari və yüz iyirmi piyada ilə Mədinədən çıxıb o tərəfə hərəkət etdilər. Qureyşlilər isə dərhal qaçmağa başladılar və yüngülləşmək üçün yanlarındakı ərzaq çuvallarını ataraq sürətlə qaçıb getdilər. İslam əsgəri Qureyşlilərə çata bilmədi.
RkJQdWJsaXNoZXIy NTY0MzU=