Herkes İçin Peygamber Efendimiz'in Hayatı

Hər kəs üçün Peyğəmbər Əfəndimizin (s.a.v) həyatı 30 Rəsuli-Əkrəm (s.a.v) bu zəfəri müjdələmək üçün Zeyd bin Harisə radıyallahu anh Həzrətlərini Mədinəyə göndərdi. Bədirdə üç gecə qaldıqdan sonra özləri də ordusu ilə Mədinəyə döndülər. Rəsuli-Əkrəmin Mədinədən çıxması ilə yenidən Mədinəyə dönməsi arasında on doqquz gün keçmişdir. Əsir düşən müşriklər də yetmiş adam idi. Əsirlər dörd min dirhəm əvəz alınaraq azad edilirdilər. Əvəzini ödəməyə gücü çatmayıb oxuma- yazmağı bacaran əsirlər də Ənsardan on uşağa yazı öyrətdikdən sonra Məkkəyə getmək üçün Mədinədə saxlanıldı. Hicrətin ikinci ili, Ramazanı-Şərifin sonunda sədəqəi-fitr, yəni fitrə vermək vacib oldu və ilk olaraq bu il Ramazan bayramında bayram namazı qılındı. Zəkat vermək də bu il fərz oldu. Qaynuqaoğlu Yəhudilərinin sürgün edilməsi Rəsuli-Əkrəm (s.a.v) Bədirdən zəfərlə döndükdən sonra İslam dini çox qüvvətləndi. Bütün düşmənlərin gözləri qorxdu. Mədinədəki bəzi Yəhudilər: “Tövratda yazılı olan axır zaman peyğəmbəri budur” - deyərək iman gətirdilər. Bəziləri də görünüşcə Müsəlman oldu. Beləliklə, müsəlmanlar içində bir xeyli münafiqlər yarandı. Peyğəmbər Əfəndimizin hicrətindən sonra Yəhudilər Rəsuli-Əkrəm (s.a.v) ilə döyüşməmək və onun düşmənlərini savaşa təşviq və təhrik etməmək şərtilə razılaşmışdılar. Mədinədəki Yəhudilər Qurayza və Nadir adlı iki qəbilə idi. Ancaq bunlardan başqa Yəhudilərin cəsarətləri ilə bilinən və möhkəm qalaları olan Qaynuqaoğulları adlı bir qəbiləsi var idi ki, Həzrəc qəbiləsi onları himayə edirdi, aralarında razılaşma vardı.

RkJQdWJsaXNoZXIy NTY0MzU=