Herkes İçin Peygamber Efendimiz'in Hayatı

Əhməd Cövdət Paşa 29 Qureyş ordusu zirehlərini geyinmiş minə qədər adam olub, içlərində yüz atlı və yeddi yüz dəvə var idi. Sayca Müsəlmanlardan üç dəfə çox idilər. Silah və vəsaitləri də qat-qat çox idi. Rəsuli-Əkrəm (s.a.v) mağara yoldaşı Həzrəti Əbu Bəkir (r.a) ilə birlikdə: “Ya Rəbb, mənə vəd etdiyin yardımı ver!” - deyə dua və niyaz edərkən ona xəfif bir yuxu gəldi və dərhal təbəssüm edərək oyandı. “Müjdə ey Əbu Bəkir, məlaikəi-kiram ilə Cəbrail Aləyhissalam yardıma gəldi” - deyə buyurdu. Bu əsnada bənzəri görülməmiş çox şiddətli bir külək qalxdı. Göz-gözü görməz olmuş, Həzrəti Cəbrail və mələklər döyüş meydanına gəlmiş və bəyaz atlara minmiş insanlar şəklində müşriklərə qarşı saf tutub durmuşdular. O əsnada Rəsuli-Əkrəm bir ovuc kiçik daş götürüb: “Üzləri çirkin və qara olsun” - deyərək düşmənlərin üstünə atdı. O daşların hər biri müşriklərin gözlərinə və burun dəliklərinə dəyərək onları sərsəm etdi. Qureyş ordusu sarsılmış bir halda ikən Həzrəti Peyğəmbər: “Hər kim bu gün düşməndən üz çevirməyib səbat edər və şəhid olaraq vəfat edərsə, Cənabı Haqq, əlbəttə, onu cənnətə qoyacaq. Bu gün şəhid olanlara Firdövs Cənnəti veriləcəkdir və Həzrəti Rıdvan onları gözləyir” müjdələri ilə Əshabı-Kiramını təşviq etdi və: “Şiddətlə hücum edin” - deyə əmr etdi. Əshabı-Kiram da hamısı qılıncla irəlilədilər və hər tərəfdən həmlə və hücum ilə düşmənin saflarını yardılar. Qureyş ordusu pis bir şəkildə məğlubiyyətə uğradı və Müsəlmanlar böyük zəfər qazandılar. Şəhidlərin hamısı on dörd əsgər olub, altısı Mühacirlərdən, altısı Həzrəc qəbiləsindən və ikisi Evs qəbiləsindən idi. Müşriklərin ölüləri isə yetmiş adam olub iyirmi dördü Qureyşin böyükləri və rəislərindən idi.

RkJQdWJsaXNoZXIy NTY0MzU=