Herkes İçin Peygamber Efendimiz'in Hayatı
Hər kəs üçün Peyğəmbər Əfəndimizin (s.a.v) həyatı 28 Bədir Savaşı Bədir Savaşı hicrətin ikinci ili Ramazan ayı içində oldu. Bədirdə zəfər ilə Müsəlmanların üzü güldü və Məkkə müşriklərinin qüvvəti qırıldı. Şama gedən bir Qureyş karvanına çatmaq üçün Rəsuli-Əkrəm (s.a.v) Əfəndimiz Mədinədən çıxıb Uşeyrə deyilən yerə qədər getmiş, lakin karvana rast gəlinməyib geri qayıtmışdı. Bu karvanın rəisi Əbu Süfyanın Şamdan böyük miqdarda mal alaraq qayıtdığı xəbəri alınınca, Rəsuli- Əkrəm (s.a.v) Ramazan ayının ilk günlərində Mədinədən çıxıb Ravha deyilən yerdə ordusunu təftiş etdilər. Ravhadan qalxıb Safra deyilən yerə gedildi. İslam əsgərlərinin hamısı üç yüz beş əsgər olub altmış dördü Mühacir və digərləri Ənsar idi. Orduda yalnız üç atlı və yetmiş də dəvə var idi. Dəvələrə növbə ilə minirdilər. Mühacirlərin ağ bayrağını Musab bin Umeyr daşıyırdı. Ənsarın da biri Həzrəc qəbiləsinə və digəri Evs qəbiləsinə aid iki bayrağı var idi. İslamın ilk ordusu budur. Rəsuli-Əkrəmin (s.a.v) bu karvan üzərinə hərəkətini Əbu Süfyan əvvəlcə xəbər aldığından kömək istəmək üçün Məkkəyə bir adamını göndərmişdi. Qureyş təlaşa düşdü və Əbu Ləhəbdən başqa nə qədər Qureyşli varsa, hamısı böyük bir izdihamla Məkkədən çıxdılar. Onlar Məkkədən qalxıb Bədrə gələrkən Əbu Süfyan sahil yolundan sürətli şəkildə hərəkət edərək karvanı qurtardığından ordunun geri dönməsi üçün xəbər göndərdi. Lakin Əbu Cəhlin təşviqləri ilə Qureyş qəbilələri geri dönməyib Bədirə qədər gəldilər. İslam ord usu Safraya gəldiyində Məkkədən bir ordunun çıxdığı xəbəri alındı. Rəsuli-Əkrəm (s.a.v) Əshabı-Kiramını yığıb müşavirə etdi və Qureyş ordusunun üzərinə gedilmək qərara alındı. Ordu Bədir kəndinə tərəf yeridi.
RkJQdWJsaXNoZXIy NTY0MzU=