Herkes İçin Peygamber Efendimiz'in Hayatı

Əhməd Cövdət Paşa 27 Bu məscid inşa edilərkən Rəsulullah (s.a.v) Əshabı-Kiramı ilə birlikdə şəxsən işləyir və əlləri ilə kərpic daşıyırdılar. Məscidi-Nəbəvi ilə yanındakı otaqların inşası bitirildikdən sonra Rəsuli-Əkrəm (s.a.v) Əbu Əyyub Ənsarinin evindən xanəi-səadətinə, evlərinə daşındı. O əsnada Peyğəmbər (s.a.v) Əfəndimizin hicrətinin üstündən səkkiz ay keçmişdi. Məscidi-Şərifin bir tərəfində üstü çatı olan bir böyük otaq var idi ki, burada yatıb-duran Səhabələrə Əshabı-Suffə deyilirdi. Əshabı-Suffə daim Məscidi-Şərifdə olur, digər Əshabı-Kiram isə namaz vaxtı olduqda Məscidi-Şərifə gələrək Həzrəti Peyğəmbər ilə birlikdə namaz qılıb gedirdilər. Hicrətin ikinci ili (M. 623/624) Silah ilə cihada icazə verilməsi Əshabı-Kiramdan bəziləri özlərinə edilən zülmlərə silah ilə etiraz etmək üçün icazə istədikcə Rəsuli-Əkrəm (s.a.v): “Hələ savaşa icazə verilmədi” - buyururdular. Hicrətin ikinci ili Səfər ayında savaşa icazə verildi. Rəsuli-Əkrəm (s.a.v) altmış Mühacirlə Mədinə ilə Məkkə arasında Vəddan və Əbva kəndlərinə doğru səfərə çıxdılar. Məqsəd bir Qureyş karvanına çatmaq və Kinanə qəbiləsindən Damra oğulları tayfasını itaət altına almaq idi. Lakin karvanın getdiyi aydın oldu. Damraoğulları rəisi gəlib aman dilədi. Rəsuli-Əkrəm (s.a.v) də onlarla sülh bağladı və onlara amannamə verdikdən sonra Mədinəyə döndülər. Hicrətin ikinci ilinin Şaban ayında qiblə Qüdsdəki Beytü'l- Məqdisdən Məkkədəki Kəbəi-Muəzzəməyə döndərildi. Yenə bu ildə Ramazan ayında oruc tutmaq fərz oldu.

RkJQdWJsaXNoZXIy NTY0MzU=