Herkes İçin Peygamber Efendimiz'in Hayatı
Hər kəs üçün Peyğəmbər Əfəndimizin (s.a.v) həyatı 26 Rəsuli-Əkrəmin (s.a.v) Məkkədən çıxdığı əvvəlcə Mədinədə eşi- dildi, Müsəlmanlar Peyğəmbər (s.a.v) Əfəndimizin təşrifini gözlədik- lərindən Rəsulullahı böyük bir hörmətlə qarşıladılar. Bu əsnada tarix: Rəsulullah (s.a.v) Əfəndimizin peyğəmbərliyini elan etməsinin on dördüncü ili (M. 622), Rəbiuləvvəl ayının ilk günləri idi. Rəsuli-Əkrəm (s.a.v) Mədinəyə bir saatlıqq məsafədə olan Quba kəndinə çatdı və orada bir məscid inşa etdirdi. Müsəlmanlar üçün tikilən ilk məscid bu Quba məscididir. Rəsuli-Əkrəm (s.a.v) Qubaya gəldiyində Ənsarın hamısı gəlib Mədinəi-Münəvvərəyə təşrifini təbrik etdilər. Həzrəti Əli kərrəməllahü vəchəh Rəsuli-Əkrəmdən üç gün sonra ona həvalə edilən əmanətləri sahiblərinə təslim edib Məkkədən çıxmışdı. Rəsuli-Əkrəm (s.a.v) Qubada olarkən o da gəldi. Rəsuli-Əkrəm (s.a.v) Əfəndimiz bir Cümə günü dəvəsinə mindi və yüz Müsəlman ilə Qubadan Mədinəyə doğru yola çıxdı. Yolda sol tərəfdəki Salimoğulları yurdunda Ranuna deyilən vadinin üst tərəfinə endi və orada bir xütbə oxuyub Cümə namazı qıldı. Peyğəmbər (s.a.v) Əfəndimiz Həzrətlərinin ilk qıldığı Cümə namazı budur. Rəsuli-Əkrəm (s.a.v) Ranunada Cümə namazını qıldıqdan sonra dəvəsinə mindi və Mədinə şəhərinə doğru hərəkət etdi. Mədinədə Əbu Əyyub Ənsarı radıyallahu anh Həzrətlərinin evini şərəfləndirdi. Peyğəmbər Əfəndimiz (s.a.v) Həzrətlərinin gəlişi ilə Mədinə şəhəri şərəfləndi və məsud oldu, nur ilə doldu. Vətənlərindən ayrı düşüb könülləri qəmli olan Mühacirlərə təzə can gəldi. Ənsarın, yəni Mədinəli müsəlmanların da üzü gülürdü. Peyğəmbər Əfəndimiz (s.a.v) Malik bin Nəccarın evi önündəki boş torpağı satın aldı. Sonra kərpic kəsdirtdi və ağacları hazırlatdı. O torpaqda bir məscidi-şərif və bir tərəfində özləri üçün otaqlar tikməyə başladılar. Sonralar zaman-zaman bəzi binalar əlavə olunaraq bugünkü halına gələn Məscidi-Nəbəvi bu məscidi-şərifdir.
RkJQdWJsaXNoZXIy NTY0MzU=