Herkes İçin Peygamber Efendimiz'in Hayatı
Əhməd Cövdət Paşa 25 əmanət olan əşyanı verdi. Əli kərrəməllahu vəchəh Həzrətləri Rəsuli- Əkrəmin yatağına yatdı və Rəsuli-Əkrəmin yaşıl hırqasını üstünə örtdü. Rəsuli-Əkrəm (s.a.v) Əfəndimiz bir ovuc torpaq götürdü və Yasin surəsinin əvvəlindən doqquz ayəti-kəriməni oxudu və əlindəki torpağı qapısının qarşısında gözləyən müşriklərin üstünə səpdi, içlərindən keçib getdi. Baxdıqları halda onu görmədilər. Bir müddət sonra evə girib Rəsuli-Əkrəmin yatağında Həzrəti Əlini gördükləri zaman çaşıb qaldılar. Rəsuli-Əkrəmin (s.a.v) gözlərinin qarşısından belə yox olması Qureyş müşriklərinin canını çox sıxdı. “Muhammədi hər kim tapıb gətirərsə, yüz dəvə verərik” deyə hər tərəfə elan verdilər. Rəsuli-Əkrəm (s.a.v) sabahısı gün günorta Əbu Bəkr Siddiq radıyallahu anh Həzrətlərinin evinə gəlib Allahu Təalanın hicrətə icazə verdiğini bildirdi. Gecə olduqda Əbu Bəkr (r.a) ilə birlikdə çıxıb Sevr Dağına getdilər. Sevr Dağında kimsəsiz bir mağaraya girdilər. Dərhal Allahın əmri ilə bir hörümçək gəlib o mağaranın ağzına tor hördü və bir cüt vəhşi göyərçin gəlib yumurtladı. Qureyşin axtaranları gəlib Sevr Dağının hər tərəfini gəzdilər. Bir qismi də Ümeyyə bin Xələf ilə birlikdə mağaranın ağzına qədər gəldi və: “Bu mağaranı da axtaraq” - dedilər. Ümeyyə bin Xələf: “Allah ağıl versin, orada nə işiniz var? Orada Muhamməd doğulmadan bu hörümçəklər tor hörmüş, göyərçinlər də yuva qurmuş” - deyincə hamısı qayıdıb getdilər. Həzrəti Əbu Bəkrin (r.a) azadlı köləsi olan Əmir bin Füxeyrə Sevr Dağında qoyun güdür və gecələri sağıb mağaraya bir miqdar süd aparırdı. Həzrəti Əbu Bəkrin oğlu Abdullah da gecələri gizlincə o mağaraya gəlib Qureyş müşriklərinə dair xəbərlər gətirirdi. Rəsuli-Əkrəm (s.a.v) ilə Həzrəti Əbu Bəkir (r.a) üç gecə bu şəkildə o mağarada qaldılar. Sonra Abdullah bin Urayqit dəvələri gətirdi, mindilər. Onu və Əmiri də yanlarına aldılar, sahil yolu ilə Mədinəyə doğru yola çıxdılar.
RkJQdWJsaXNoZXIy NTY0MzU=