Herkes İçin Peygamber Efendimiz'in Hayatı

Əhməd Cövdət Paşa 23 İkinci Aqabə beyəti və Mədinəyə hicrət İslam dini Ərəbistanın hər tərəfinə və xüsusilə Mədinədə çox sürətlə yayılırdı. Evs və Həzrəc qəbilələri Əshabı-Kiramdan birinin Mədinəyə göndərilməsini istədi. Rəsuli-Əkrəm (s.a.v) onlara Qurani-Kərimi və İslam ədəbini öyrətmək üçün Musab bin Umeyri (r.a) Mədinəyə göndərdi. Musab (r.a) Mədinəyə çatdığında oradakı Müsəlmanların sayı yenicə qırxa çatmışdı. Az müddət ərzində İslam dini Mədinədə o qədər yayıldı ki, Evs və Həzrəc qəbilələri içində Ümeyyə oğlu Zeydin evindən başqa İslam nuru ilə aydınlanmayan ev qalmadı. Rəsulullahın (s.a.v) peyğəmbərliyinin on üçüncü ili Həcc mövsü- mündə Musab (r.a) bərabərində Mədinə müsəlmanlarından yetmiş üç kişi və iki qadınla Məkkəyə getdi. Aqabədə Rəsuli-Əkrəm ilə görüşdülər. Rəsuli-Əkrəmin Mədinəyə hicrət etməsi məsələsini danışdılar. Rəsuli- Əkrəm (s.a.v) özlərini və uşaqlarını necə qoruyurlarsa, onu da elə qoruyacaqlarına dair onlardan beyət istədi. Onlar da söz verib beyət etdilər. Mədinəli müsəlmanların beyətlərindən sonra Rəsuli-Əkrəm artıq Mədinəyə hicrət etmək üçün Əshabı-Kirama icazə verdi. Onlar da dərhal hicrət etməyə başladılar. Muharrəm və Səfər aylarında vətənləri Məkkəni tərk edib Mədinəyə getdilər. Əshabı-Kiram bir-birinin ardınca Mədinəyə hicrət etdikcə, Mədi- nədəki Evs və Həzrəc qəbilələri yer göstərib onları saxlayır və onlara çox hörmət və yardım edirdilər. İslam Dini uğrunda belə vətənlərini tərk edərək hicrət edən Səhabələrə Mühacir deyilir. Mədinədən olub onlara belə dostluq və İslama yardım edən Əshabı- Kirama da Ənsar deyilir. İstər Mühacir və istər Ənsar–hamısından Allah razı olsun–İslam dininə çox böyük xidmət etmişlər.

RkJQdWJsaXNoZXIy NTY0MzU=