Herkes İçin Peygamber Efendimiz'in Hayatı

Hər kəs üçün Peyğəmbər Əfəndimizin (s.a.v) həyatı 22 Məscidi-Nəbəvi - Mədinəi-Münəvvərə Hicrətin birinci ili (M. 622/623) Peyğəmbər Əfəndimizin (s.a.v) meracı O vaxtlarda Peyğəmbər Əfəndimizin (s.a.v) Merac səfəri oldu. Belə ki: Cəbrail (a.s) bir gecə gəldi və Rəsuli-Əkrəmi (s.a.v) götürüb Kəbənin yanından Qüdsdə Məscidi-Əqsaya apardı və sonra oradan yüksəltdi, bütün göyləri seyr etdirdi. Ondan sonra Peyğəmbərimiz bu aləmin xaricinə çıxarıldı. Ona neçə-neçə sirlər göstərildi. Cənabı Haqqın kəlamını şəxsən eşitdi və Cənabı Allahın pak camalını müşahidə etdi. Yenə eyni gecə müqəddəs evinə gəldi. Beş vaxt namaz bu merac gecəsində fərz qılındı. Sabahısı gün Peyğəmbər Əfəndimiz (s.a.v) Həzrətləri meracını ümmətinə söylədi. Hər kəsdən əvvəl Əbu Bəkr Siddiq (r.a) və sonra digər Əshabı-Kiram Peyğəmbərimizin bildirdiklərinə inanıb təsdiq və meracı təbrik etdi. Müşriklər inkar etdi və Peyğəmbərimizin (s.a.v) oraya ömründə heç getmədiyini bildikləri üçün Məscidi-Əqsanın əlamətlərini soruşdular. Rəsuli-Əkrəm (s.a.v) Əfəndimiz eynilə xəbər verdi. Onlar yenə inkarlarında israr etdilər.

RkJQdWJsaXNoZXIy NTY0MzU=