Herkes İçin Peygamber Efendimiz'in Hayatı

Əhməd Cövdət Paşa 21 Məscidi-Əqsa - Qüds Birinci Aqabə beyəti Muhamməd Mustafanın (s.a.v) peyğəmbərliyinin on ikinci ili Həcc mövsümündə Əsad bin Zürarə ilə Rəfi, Avf, Qutbə və Uqbə və yenə Mədinəli Həzrəc qəbiləsindən Muaz bin Haris, Zəqvan bin Abdi Qays, Ubadə bin Samit, Yezid bin Səhləbə, Abbas bin Ubadə və Evs qəbiləsindən Əbu’l-Haysəm bin Tayyihan və Uveym bin Səidə (radıyallahu anhum) Məkkəyə getdilər və yenidən Aqabədə Peyğəmbər Əfəndimiz (s.a.v) ilə görüşdülər və: “Allaha şərik qoşmamaq, zina etməmək, oğurluq etməmək, iftira atmamaq və övladlarını öldürməmək” üzrə beyət etdilər. Cahiliyyət dövründə Ərəblər yeni doğulan qız uşaqlarını, bəzən də oğlanlarını diri-diri basdıraraq öldürürdülər. Övladını öldürməmək məsələsi insanlıq üçün bir böyük yardım oldu. Hamısı Mədinəyə gəldilər və dərhal İslamı yaymaqla məşğul oldular.

RkJQdWJsaXNoZXIy NTY0MzU=