Herkes İçin Peygamber Efendimiz'in Hayatı
Hər kəs üçün Peyğəmbər Əfəndimizin (s.a.v) həyatı 20 etdilər. İçlərindən bəziləri ona daş atdılar. Hətta Zeyd bin Harisə (r.a) Rəsuli-Əkrəmi (s.a.v) atılan daşlardan qorumaq üçün özünü sipər edərkən bir neçə yerindən yaralandı. Peyğəmbər Əfəndimiz (s.a.v) Həzrətləri oradan geri döndü. Batnı- Nəhlə deyilən yerdə “Rəhman” Surəsini oxuyarkən cinlərdən bir toplu- luq gəlib dinləmiş və ona iman gətirmişdilər. Rəsuli-Əkrəm Əfəndimiz sonra Məkkəyə gəldi və Mutim bin Adinin himayəsində dərhal Hərəmi-Şərifə getdi, Hacəru'l-Əsvədi salamladı və iki rükət namaz qıldıqdan sonra evinə döndü. O vaxtlarda Zəmanın qızı Sevda (radıyallahu anhə) Həzrətləri Rəsuli-Əkrəmlə (s.a.v) evləndirildi. Əbubəkr Siddiq (r.a) Həzrətlərinin qızı Aişə (radıyallahu anhə) Həzrətlərinin də o əsnalarda Rəsulullah Əfəndimizlə nikahı kəsildi. Mədinəli ilk müsəlmanlar Rəsulullah Əfəndimiz (s.a.v) hər il həcc mövsümündə və Uqaz bazarı günlərində Məkkə şəhərinin xaricinə çıxıb Aqabədə ətrafdan gələn qəbilələr ilə görüşərək onları İslama dəvət edirdi. Peyğəmbərliyinin on birinci ili Həcc mövsümündə də Mədinəli bir topluluğu İslama dəvət etdi. Rəsulullah Əfəndimiz (s.a.v) Həzrətləri onlara bir miqdar Qurani-Kərim oxudu, onlar da iman gətirərək kəlməi- şəhadət gətirdilər. Onlar Əsad bin Zürarə, Rəfi bin Malik, Avf bin Haris, Qutbə bin Əmir, Uqbə bin Amir və Haris bin Abdullah idi. Beləliklə, Mədinəlilərdən əvvəlcə İslam dini ilə şərəflənən bu altı şəxsdir. Bunlar Həcc mövsümündən sonra Mədinəyə dönərək İslamın yayılmasında səy göstərdilər.
RkJQdWJsaXNoZXIy NTY0MzU=