Herkes İçin Peygamber Efendimiz'in Hayatı

Əhməd Cövdət Paşa 19 Bundan sonra çox keçmədən başqa çətinliklər meydana çıxdı. Rəsulullahın (s.a.v) peyğəmbərliyinin onuncu ili Əbu Talib vəfat etdi. Ondan üç gün sonra Həzrəti Xədicə (r.anhə) də dünyadan köçdü. İkisinin belə bir-birinin ardınca vəfatları Rəsuli-Əkrəmə çox hüzünləndirdi. Bu ilə “Hüzün ili” deyildi. Peyğəmbər Əfəndimizin (s.a.v) Taif səfəri Əbu Talib vəfat edərkən Peyğəmbər Əfəndimizin (s.a.v) himayə edilməsini Haşimoğullarına vəsiyyət etdi. Lakin vəfatından sonra onun vəsiyyətini yerinə yetirmədilər. Əbu Ləhəb onun yerinə Haşim- oğullarının rəisi olmaq, Qureyşin digər irəli gələnləri öz tayfalarının rəisliyini əldən buraxmamaq və Əbu Cəhl isə Qureyş içində hamısından çox nüfuz və etibar qazanmaq arzusunda idi. Əbu Talib ilə Həzrəti Xədicənin vəfatlarını fürsət bildilər və Rəsuli-Əkrəmə (s.a.v) əvvəlkindən qat-qat çox əziyyət verməyə başladılar. Taif Şəhəri (1880) Rəsuli-Əkrəm (s.a.v) onların əziyyətlərindən ötrü Məkkədən çıxıb Zeyd bin Harisə (r.a) ilə birlikdə Taifə getdi. Taif xalqını, Səqif qəbiləsi böyüklərini İslama dəvət etdi. Onlar isə Rəsuli-Əkrəmi (s.a.v) təhqir

RkJQdWJsaXNoZXIy NTY0MzU=