Herkes İçin Peygamber Efendimiz'in Hayatı
Hər kəs üçün Peyğəmbər Əfəndimizin (s.a.v) həyatı 18 dilər. Kimisi dəli, kimisi kahin, kimisi sehrbaz və kimisi şair dedilər. Heç birinin uyğun olmadığını da anladılar. Peyğəmbər deməkdən başqa uyğun bir sifət tapa bilmədilər. Bunu da onlar söyləyə bilmədilər. Mühasirənin sona çatması Möminlər İslam dini uğrunda hər şeyini fəda etdilər: kimisi Həbəşistana hicrət edərək vətən, qohum və həmyaşıdlarından keçdilər və kimisi də Əbu Talib məhəlləsində qapalı qalıb müşriklərin mühasirə və cəfasına dözdülər. Qureyş müşrikləri isə bu qədər möcüzələr gördüyü və Qurani-Kərimin bəlağəti, ədəbi üstünlüyü onları aciz qoyub heyrətə saldığı halda, çoxu inad və inkarlarında israr edərək şirk və pozğunluq içində qaldılar. Çünki müsəlmanlar kasıb və zəngin, zəif və qüvvətli hamısı bir səviyyədə idi. Qureyşin böyükləri isə xalqdan biri ilə eyni səviyyədə olmaqdan utanırdılar. Bunun üçün hər biri öz idarəsi altındakı insanların müsəlman olmasına və İslamın ətrafa yayılmasına mane olmağa çalışdılar. Ərəblərin ən şərəflisi olan Qureyş qövmünün belə iki yerə ayrılıb üç ilə yaxın müddətdən bəri aralarında hər cür münasibətlərin kəsil- məsindən ötrü müşriklərin də çoxu peşman olmuşdu. Buna dair andlaş- manı yazanın əli qurumuşdu. O andlaşmaya güvə cinsindən bir böcək düşmüş, Allahın adından başqa nə qədər yazı varsa, hamısını yeyib məhv etmişdi. Peyğəmbər Əfəndimiz (s.a.v) bunu əmisi Əbu Talibə xəbər verdi. Əbu Talib Qureyşlilərə: “Muhammədin dediyi doğrudursa, artıq siz də insaflı olun. Bu aramızdakı ayrılığa son verək, elə deyilsə, mən də onu himayədən imtina edirəm” - dedi. Andlaşmada “Bismikəllâhummə” ibarəsindən başqa nə qədər yazı varsa, tamamilə məhv olduğunu görüncə hamısı rəzil-rüsvay oldu. Hər nə qədər Əbu Cəhl yenə inadında israr etmək istədisə də, o deşilmiş səhifəni yırtdılar və Haşimoğullarının əleyhində olan andlaşmalarını pozdular. Beləliklə, bütün Məkkəyə bir bayram havası hakim oldu.
RkJQdWJsaXNoZXIy NTY0MzU=