Herkes İçin Peygamber Efendimiz'in Hayatı
Hər kəs üçün Peyğəmbər Əfəndimizin (s.a.v) həyatı 16 ili başlarında istər Müsəlman və istər müşrik, bütün Haşimoğulları ilə görüşməkdən imtina etdilər. Bundan sonra Haşimilərlə alış-veriş etmə- mək, onlardan qız almamaq və onlara qız verməmək şərtilə aralarında razılaşaraq bir müqavilə yazıb onu Kəbənin içinə asdılar və onun əksinə hərəkət etməmək üçün and içdilər. İstər Müsəlman və istər müşrik olsun, Haşimoğullarının hamısı Əbu Talib Məhəlləsində qapalı qaldı. Sadəcə Peyğəmbərimizin əmisi Əbu Ləhəb onlardan ayrıldı, müşriklər tərəfinə keçdi. Digər məhəllələrdə evləri olan Müsəlmanlar da çıxıb oraya çəkildilər. Əbu Talib Məhəlləsində Müsəlmanlar iki ildən çox qapalı qaldılar. Peyğəmbərliyin səkkizinci ilində ayın iki yerə blünməsi möcüzəsi baş verdi. Ən böyük möcüzə: Qurani-Kərim Peyğəmbərimizin (s.a.v) ən böyük möcüzələrindən biri və hətta birincisi Qurani-Kərimdir ki, qiyamətə qədər endiyi günki kimi qalacaqdır. Peyğəmbərlərin möcüzələri zamanlarındakı ən məşhur şeyə görə olardı. Həzrəti Musanın (a.s) dövründə sehrbazlıq çox şöhrət qazandığından Cənabı Haqq ona sehrbazlara üstün gələcəyi möcüzələr verdi, əsası əjdaha oldu. Həzrəti İsa Aləyhissalamın dövründə də tibb çox inkişaf etdiyindən Cənabı Haqq onu korların gözlərini açmaq, ölüləri diriltmək kimi həkimlərin edə bilməyəcəyi möcüzələrlə göndərdi. Muhamməd Mustafa (sallallahu aləyhi və səlləm) Həzrətlərinin zamanında isə şeir və ədəbiyyat çox inkişaf etmişdi. Ərəblərin arasında fəsahət və bəlağət (sözün sənətkarcasına ifadəsi) insanın qiymət və üstünlüyünün bir ölçüsü olmuşdu. Bu səbəbdən Peyğəmbər Əfəndimiz (s.a.v) Həzrətlərinə Qurani- Kərim nazil oldu. Onun bənzərini gətirməkdən və hətta bir surəsinə bənzər söz söyləməkdən bütün böyük ədəbiyyatçılar aciz qaldı.
RkJQdWJsaXNoZXIy NTY0MzU=