Herkes İçin Peygamber Efendimiz'in Hayatı

Əhməd Cövdət Paşa 15 Əbu Bəkri Siddiq (r.a) isə başdan bəri Müsəlman olduğunu açıq- aşkar söyləməklə yanaşı, qabiliyyətli gördüyü kimsələri İslama dəvət edir və iman gətirən kölələri sahiblərindən satın alaraq azad edirdi. Müşriklərin Müsəlmanlara əziyyətləri isə gündən-günə artmaqda idi. Peyğəmbər Əfəndimiz (s.a.v) Həzrətləri Peyğəmbərliyinin beşinci ilində Müsəlmanların dinlərini rahat şəkildə yaşaya biləcəkləri Həbəşistana hicrət etmələrinə icazə verdi. Əvvəlcə Osman bin Affan ilə xanımı və Rəsuli-Əkrəmin qızı olan Həzrəti Ruqayyə, Zübeyr bin Avvam, Osman bin Mazun, Abdullah bin Məsud və Abdurrəhman bin Avf Məkkədən çıxıb dəniz sahilindən Afrika tərəfinə keçdilər, Həbəşistan hökmdarı Nəcaşinin yanına getdilər. Sonra Həzrəti Əlinin (k.v) böyük qardaşı Cəfər bin Əbi Talib (r.a) də hicrət edərək onların yanına getdi. Nəcaşi xristian olduğu halda, Müsəlman mühacirlərə yer verdi, hörmət və ehtiram göstərdi. Mühasirə günləri Peyğəmbər Əfəndimiz (s.a.v) Həzrətlərinin peyğəmbərliyinin altıncı ilində əmisi Həzrəti Həmzə kəlməi-şəhadət gətirərək Müsəlman oldu. Onun iman gətirməsi ilə İslam dini çox qüvvətləndi. Müsəlmanlar çox məmnun oldular. Onun Müsəlman olması Qureyş müşrik-lərini çox çətin hala saldı. Rəsuli-Əkrəm (s.a.v): “Ya Rəbb, bu dini Əbu Cəhl ilə, yaxud Ömər bin Xattab ilə qüvvətləndir” - deyə Cənabı Haqqa dua etmişdi. Beləliklə, bu dövlət Hz.Ömərə nəsib oldu, Peyğəmbər Əfəndimizin hüzurunda iman gətirdi. Əvvəl Həzrəti Həmzənin, üç gün sonra da Həzrəti Ömərin iman gətirməsi ilə İslam dini qüvvətləndi. O gün Müsəlmanlar Hərəmi-Şərifdə saf tutdular və açıq şəkildə təkbir alaraq namaz qıldılar. Qureyş toplu- luğu gördü ki, Müsəlmanlar gündən-günə çoxalır və İslam dini qüvvətlənir, Muhamməd Mustafanın (s.a.v) peyğəmbərliyinin yeddinci

RkJQdWJsaXNoZXIy NTY0MzU=