Herkes İçin Peygamber Efendimiz'in Hayatı

Hər kəs üçün Peyğəmbər Əfəndimizin (s.a.v) həyatı 14 Ancaq hər hansına Allahın hidayəti yetişdisə, o, imana gəldi. Qalanlar Rəsulullaha düşmənlik etmək üçün birləşdilər. Həbəşistana hicrət Müşriklər fürsət tapdıqca Peyğəmbər Əfəndimizi (s.a.v) incidirdilər. Lakin əmisi Əbu Talibin himayəsində olduğundan başqa bir şey edə bilməzdilər. Səfa, Mərvə və Məscidi-Haram Əbu Bəkir (r.a) Həzrətlərinin qəbiləsi çox böyük olduğundan ona da bir şey deyə bilməzdilər. Amma digər möminlərə müxtəlif əziyyətlər verir və onları İslam dinindən döndərməyə çalışırdılar. Hətta Ammar bin Yasirin anası Sümeyyə Xatuna İslamdan dönməsi üçün əziyyət verərkən Əbu Cəhl gəlib onu bir nizə ilə şəhid etmişdir. Kölələrdən ilk Müsəlman olan Bilal Həbəşiyə (r.a) müxtəlif əziyyətlər verir, boynuna ip taxıb Məkkə küçələrində gəzdirirdilər. Həzrəti Bilal isə: “Allah bir, Allah bir!” - deyir və dinində səbat edirdi.

RkJQdWJsaXNoZXIy NTY0MzU=