Herkes İçin Peygamber Efendimiz'in Hayatı

Əhməd Cövdət Paşa 13 Peyğəmbərliyin başlanğıcı budur. Ondan sonra Hz. Cəbrail aləyhis- salam ard-arda Quran ayələri ilə gəlib-getməyə başladı və iyirmi il bu hal davam etdi. Peyğəmbər Əfəndimiz Həzrətləri yeni bir din ilə bütün insan və cin- lərə göndərildi. Onun dini ilə əvvəlki dinlər mənsux oldu, yəni hökmləri qaldırıldı. O, peyğəmbərlərin sonuncusudur, ondan sonra peyğəmbər gəlməyəcək. İlk müsəlmanlar İslam dininə ən əvvəl iman gətirərək İslam ilə müşərrəf olub Rəsuli- Əkrəm (sallallahu aləyhi və səlləm) ilə birlikdə namaz qılan Həzrəti Xədicə radıyallahu anhədir. Sonra Həzrəti Əbu Bəkri Siddiq ilə Həzrəti Əli radıyallahu anhumə Müsəlman olmuşlar. Bu əsnada Rəsuli-Əkrəmin azadlı köləsi olan Zeyd bin Harisə də İslam ilə şərəflənmişdir. Ondan sonra Həzrəti Əbu Bəkrin dəvəti ilə Həzrəti Osman bin Affan, Abdurrəhman bin Avf, Sad bin Əbi Vaqqas, Zübeyr bin Avvam və Talha bin Ubeydullah (radıyallahu anhum) iman gətirdilər. Beləliklə, hər kəsdən əvvəl müsəlman olanlar bu şəxslərdir. İlk zamanlar Həzrəti Peyğəmbərimizin (s.a.v) dəvəti gizli idi. Hətta namazda Qurani-Kərim səsli oxunmazdı. Sonra: “İndi sənə hər nə əmr olunursa, heç bir şeydən çəkinmədən bəyan et” (Hicr Surəsi, 94) məalındakı ayəti-kərimə nazil olunca, Rəsuli-Əkrəm Əfəndimiz (s.a.v) insanları İslama açıq-aşkar dəvət etməyə və Qurani-Kərimi açıqdan oxumağa başladı. Daha sonra bütlərə tapınmanın şirk və pozğunluq olduğuna dair və yalnız Allahu Təala Həzrətlərinə ibadət olunmasını əmr edən ayələr nazil oldu. Bu isə Qureyş müşriklərinə ağır gəldi. O vaxta qədər Rəsulullahdan yalan çıxmadığını hamısı bilir və hər sözünə inanırdılar. Bu xüsusda inanmadılar və hər nə qədər möcüzələr göstərdisə də, iman gətirmədilər.

RkJQdWJsaXNoZXIy NTY0MzU=