Herkes İçin Peygamber Efendimiz'in Hayatı

Hər kəs üçün Peyğəmbər Əfəndimizin (s.a.v) həyatı 12 Əfəndimiz (s.a.v) Həzrətləri ondan razı oldu və onun sağlığında başqa xanımla evlənmədi. Hz. Muhamməd Mustafanın (s.a.v) peyğəmbərliyi Otuz yeddi yaşına çatdığında qeybdən “Ya Muhamməd” deyə çağırılmağa və bəzi tərəflərdə nurlar görünməyə başladı. Hira Mağarası - Məkkəi-Mükərrəmə Muhamməd Mustafa (s.a.v) Həzrətləri qırx yaşında ikən nəbi, yəni peyğəmbər və qırx üç yaşında ikən də rəsul oldu. Hira dağında olarkən Cəbrail (a.s.): “Yaradan Rəbbinin adı ilə oxu! İnsanı laxtalanmış qandan yaratdı. Oxu, o ən kərəmli Rəbbindir ki, qələm ilə yazını öyrətdi. O, insana bilmədiyi şeyləri öyrətdi” məalindəki ayəti- kərimələri gətirdi. Ondan sonra vəhyin ardı kəsildi. Üç il sonra Cəbrail Aləyhissalam ilk ayəsi “Ya əyyuhə'l-muddəssir” olan surəni gətirdi.

RkJQdWJsaXNoZXIy NTY0MzU=