Herkes İçin Peygamber Efendimiz'in Hayatı

Əhməd Cövdət Paşa 11 Peyğəmbər Əfəndimiz (s.a.v) Həzrətləri sünnətli və göbəyi kəsilmiş halda doğulmuşdu. İki kürəyi arasında ürəyinin səviyyəsində Peyğəm- bərlik möhürü adlanan bir nişan var idi. Peyğəmbər Əfəndimiz (s.a.v) Həzrətlərinin bir çox adları vardır. Ən məşhurları Muhamməd və Əhməddir. Muhamməd ərəbcə “çox həmd və səna olunmuş, təriflənmiş şəxs” deməkdir. Mahmud və Mustafa Peyğəmbər Əfəndimizin (s.av ) ləqəb- lərindəndir. Məkkə xalqı yeni doğulan uşaqlarını ətraf tayfalardan bir süd anasına verər və tayfalar içində havası gözəl yerlərdə tərbiyə etdirərdilər. Muhamməd Mustafa Əfəndimiz (s.a.v) doğulduğu əsnalarda da Sad oğulları qəbiləsindən Məkkəyə bir çox süd anaları gəldi. İçlərindən Harisin xanımı Həlimə də Həzrəti Muhammədi götürdü. Həlimə onu öz övladından çox sevərdi. Belə ki, yeriməyə başlayınca Hz.Əminə oğlunu almaq istədi, lakin Həlimə: “Məkkənin havası ağırdır, bir müddət də bizim yanımızda qalsın” - dedi. Lakin Peyğəmbər Əfəndimizdə (s.a.v) görülən xariqüladə hallar çoxaldıqca Məkkəyə aparıb Əminəyə verdi. Əminə onu götürüb Mədinəyə apardı və dayısı oğulları olan Nəccaroğulları ilə görüşdürdü. Mədinədən Məkkəyə qayıdarkən yolda vəfat etdi. Peyğəmbər Əfəndimiz (s.a.v) anadan da yetim qaldı və babası Abdulmuttalib onu yanına aldı. Peyğəmbər Əfəndimiz (s.a.v) gənclik çağına yetişdi. Üzü nurani, danışığı gözəl, sözü doğru idi. Qureyş topluluğu içində seçkin və bənzərsiz oldu və Muhammədu'l-Əmin (əmin, etibarlı Muhamməd) deyə şöhrət qazandı. O vaxtlarda Qureyşin əşrafından gənc ikən dul qalmış Xədicə adında çox zəngin bir xanım var idi. İki tərəfin vasitəçiləri ilə Xədicənin Peyğəmbər Əfəndimizlə (s.a.v) evlənməsinə qərar verildi. Peyğəmbər Əfəndimiz o vaxt iyirmi beş yaşında idi, Xədicə isə ondan bir az yaşlı idi. Xədicə anamızın vəfatına qədər Peyğəmbər

RkJQdWJsaXNoZXIy NTY0MzU=