Herkes İçin Peygamber Efendimiz'in Hayatı

Hər kəs üçün Peyğəmbər Əfəndimizin (s.a.v) həyatı 10 Ərəblər Sanada tikilən kilsəni qəbul etmədilər. Əbrəhə isə bu vəziyyətə çox hirsləndi və Kəbəni yıxmaq üçün böyük bir ordu ilə Məkkəyə doğru hərəkət etdi. Taifə gəldikdə daim əsgərinin qarşısında yürütdüyü fili ordusunun önünə keçirdi və dərhal Məkkəi-Mükərrəmə üzərinə yürütdü. Ordu şəhərə girməyə hazırlaşarkən fil yerə çökdü. Qaldırıb hərəkət etdirməyə çalışdılar, yerimədi. Başını başqa tərəfə döndərdikdə dərhal qaçaraq gedir, Məkkəyə doğru döndərdikdə isə yeriməyib yerə yatırdı. Onlar bununla məşğul olarkən Cənabı Haqq tərəfindən bir çox Əbabil quşları gəldi. Hər biri ağzında və ayaqlarındakı bir kiçik daşı Əbrəhənin əs- gərlərinin üzərlərinə atırdılar. Hansına dəysə, yaralanıb ölürdü. Bir çoxu bu şəkildə məhv oldu. Əbrəhə Sanaya çatdısa da, pis xəstə olduğundan çox keçmədən öldü. Məkkəi-Mükərrəmə əhalisi Əbrəhə ordusundan qalan mal və əşyanı qənimət olaraq götürdülər. Peyğəmbər Əfəndimizin (s.a.v) hörmətinə Qureyş qəbiləsi həm böyük bir düşmən şərindən xilas oldu, həm də zəhmət çəkmədən bir xeyli mal və qənimət əldə etdi. Bu ilə Ərəblər Fil İli adını verdilər ki, o il Həzrəti İsa Aləyhissalamın doğumunun beş yüz yetmiş birinci 1 ili idi. Peyğəmbər Əfəndimiz (s.a.v) də o il doğuldu. Peyğəmbər Əfəndimizin (s.a.v) doğumu və gəncliyi Rumi, Aprel ayı içində Rəbiuləvvəl ayının on ikinci (Miladi 571-ci il, 20 Aprel) bazar ertəsi gecəsi səhərə yaxın Peyğəmbər Əfəndimiz Muhamməd Mustafa sallallahu aləyhi və səlləm Həzrətləri doğuldu və aləm nur ilə doldu. Hz. Əminənin alnındakı nur Onun alnına keçdi, sahibini tapdı və artıq onda qaldı. 1 Cövdət Paşa 569 yazmışsa da, tarixçilərin çoxu 571 ilini tərcih etmişlər.

RkJQdWJsaXNoZXIy NTY0MzU=