Mənəvi Cəbhəsi

Əbu’l-Faruq Süleyman Hilmi TUNAHAN (Q.S) (SİLİSTRƏVİ) Həzrətləri əməldə Hənəfi, etiqadda Maturidi məzhəbinə mənsub olub məşrəbən Nəqşi idi. Əhli-Sünnə vəl-Camata son dərəcə bağlı idi. Ondan feyz alan tələbələri ilə vaaz və söhbətlərinə qatılan kimsələrə ən böyük tövsiyəsi Əhli-Sünnə vəl-Camaat əqidəsinə ixlas və səmimiyyətlə sarılmaları idi.

Əzəli təqdir olaraq Silsiləi-Sa’datın 33-cü və son halqası özlərinin nəsibi olduğundan Seyyidlər Zəncirinin 32-ci halqası Saləhuddin İbni Mövlana Siracuddin (q.s) Həzrətlərində mənəvi seyrü-sülükünü tamamladıqdan sonra təcəlliyatın böyüklüyündən Saləhuddin Həzrətləri onu İmam Rəbbani Mücəddid’i-Əlf’i-Sani Əhmədi-Faruqi əs-Sərhəndi (q.s) Həzrətlərinin ruhani nisbətinə təslim etdilər.

Dünyanın bu son zamanlarında İlahi feyzdən nəsibləri olan insanların yüksək himmətləri ilə küfr və dəlalət çuxurundan iman və ixlas sahəsinə çıxmalarına vəsilə olmuş və hələ də olmaqdadırlar.

Əbu’l-Faruq Süleyman Hilmi TUNAHAN (Q.S) (SİLİSTRƏVİ) Həzrətlərinin tələbələrinə və mənsublarına –xocalarına nisbətlə- “Süleymançı” deyilsə də, həqiqətdə bu, tamamilə uydurma bir təbirdir və “Süleymançılıq” deyə bir din, bir məzhəb və ya bir təriqət mövcud deyildir.

Küfrün hər növü qarşısında elmi və əməli xidməti ilə mübarizə aparan son dövrün böyük İslam alimi Süleyman Hilmi Tunahan (q.s) Əfəndi Həzrətləri Əhli-Sünnəni müdafiə etmiş və dəlalət firqələri ilə də mücadələ etmiş, Müsəlmanlar arasındakı fitnələrlə savaşmış və İslam dünyasına belə xitab etmişdir:

“Ey İslam camaatı! Biz həyatda olduğumuz müddətcə Rəsulullahın (s.a.v) əshabına iftira və yalan isnad edilə biləcəyinimi zənn edirsiniz? (Belə bir zənnə düşməyin). Çünki biz (Əhli-Sünnə camaatı) həyatdayıq”.