Xronologiyası
Tarix (Miladi/Rumi)
1888/1304 Süleyman Əfəndi (q.s) Silistrənin Hezarqrad qəsəbəsinin Fərhadlar kəndində dünyaya gəldi.
1902/1318 Silistrə Rüşdiyyə Məktəbini bitirdi. Satırlı Mədrəsəsində dərs oxumağa başladı.
1907/1323 Təhsilinə davam etmək üçün İstanbula gəldi.
1913 Bafralı Əhməd Həmdi Əfəndidən birinciliklə icazət aldı.
1914/1330 Daru’l-Xilafəti’l-Aliyyə Mədrəsəsinin Qismi-Alisinə (Sahn Mədrəsəsi) daxil oldu. Birbaşa üçüncü sinifdən başladı.
1916/1332 Mədrəsətü’l-Mütəxassisinin (Süleymaniyyə Mədrəsəsi) Təfsir-Hədis şöbəsinə daxil oldu.
1918/1334 İstanbul Müdərrisliyi Ruusu verildi.
1919/1335 Süleymaniyyə Mədrəsəsinin Təfsir-Hədis şöbəsindən məzun oldu.
1923 Mədrəsətü’l-Quzatdan məzun oldu.
1926 Doğulduğu yer olan Fərhadları son dəfə ziyarət edərək 40 gün qaldı.
1928 Atası Osman Əfəndi vəfat etdi.
1936 Bilfel irşad vəzifəsinə başladı.
1939 İlk dəfə təvqif edilərək birinci şöbənin tabutluqlarında 3 gün saxlanıldı.
1944 İkinci dəfə təvqif edildi. Birinci şöbənin tabutluqlarında 8 gün saxlanıldı.
1949 Quran Kursu açılmasına məhdud da olsa icazə verən qanun qüvvəyə mindi.
1951 Şahzadəbaşından Kısıklıya daşındılar.
Çamlıcada bir iş adamının köhnə evinin birinci mərtəbəsində ilk Quran Kursu fəaliyyətə başladı.
1952 Çamlıcada Əziz Mahmud Hudai Həzrətlərinin Çiləxanasının yanında, Üsküdar Müftülüyünə bağlı olaraq ilk rəsmi Quran Kursu açıldı.
1956 Əlcəzair Müsəlmanlarının fransız müstəmləkəçiliyi ilə mücadələsi əsnasında söhbətlərində: “Müsəlman qardaşlarımıza dua edək” – dediyi üçün polis bölməsinə çağırıldı və ifadəsi alındı.
1957 Bursada tərtib edilən mehdilik hadisəsindən sonra saxlanıldı və Kutahya həbsxanasında 69 yaşında ikən 59 gün həbs edildi. Mühakimə olundu, bəraət aldı.
1959 (16 Sentyabr, Çərşənbə) İstanbul Kısıklıdakı Xanəi-Səadətlərində 72 yaşında dari-bəqaya irtihal buyurdular.