Əbu’l-Faruq Süleyman Hilmi TUNAHAN (Q.S) Həzrətləri 1888-ci (Hicri 1305/Rumi 1304) ildə hazırda Bolqarıstanın hüdudları daxilində yerləşən Silistrənin Hezarqrad qəsəbəsinin (bu günkü Razqrad şəhəri) Fərhadlar Kəndində dünyaya gəldilər. Atası Xocazadə Osman Fevzi Əfəndi (1845-1928) təhsilini İstanbulda tamamlamış və Silistrədə Satırlı və Hacı Əhməd Paşa Mədrəsələrində illərlə müdərrislik etmiş məşhur bir dərsiamdır. Anası Xədicə Xanımdır. Babası isə Kaymak Hafiz adı ilə məşhur bir şəxs olub, 110 yaşlarına yaxın vəfat edən Mahmud Əfəndidir.
Xocazadələr olaraq bilinən bu əsil-nəcabətli ailənin cəddi Seyyid İdris Bəyə gedib çıxır. İdris Bəy o şəxsdir ki, Fateh Sultan Mehmed Xan onu Tuna Xanı təyin etmiş və üstəlik öz bacısını ona ərə vermişdir.
Süleyman Əfəndi Həzrətləri atası kimi Xocazadə ləqəbini istifadə edib “Soyadı Qanunu” ilə birlikdə “Tunahan” soyadını almış və kiçik yaşda vəfat edən oğlu Faruqdan ötrü də “Əbu’l-Faruq” künyəsi ilə tanınmışdır.
Atası Osman Əfəndi İstanbulda təhsilinə davam edərkən diqqətə şayan bir yuxu görür. Yuxusunda bədənindən qopan bir parçanın səmaya çıxıb dünyaya işıq saçdığını görür və yuxusunu “soyundan gələcək bir övladının dünyanı mənəvi cəhətdən aydınladacağı” şəklində yozur.
Silistrəyə qayıtdıqda evlənir. Dünyaya gələn Fəhim, Süleyman Hilmi, İbrahim və Xəlil adındakı dörd oğlundan yuxunun təbirinə uyğun gələn istedadı Süleyman Hilmidə görür. Onun yetişməsi üçün xüsusi bir diqqət göstərir.