Vəfatı və Qəbri-Şərifləri

Süleyman Hilmi Tunahan Əfəndi (q.s) Həzrətləri 16 sentyabr, 1959-cu (Hicri 13 Rəbiuləvvəl, 1379) il, çərşənbə günü əsr namazından sonra Kısıklıdakı evində 72 yaşında olduqları halda darı-bəqaya irtihal buyurdular (qaddəsallâhu sırrahu’l-ə’az). Ancaq təsərrüf və irşadları tamamilə və kamil bir şəkildə davam edir.

Süleyman Hilmi Tunahan Əfəndi (q.s) Həzrətləri Fateh dərsiamlarından olduğundan Fateh Camisinin həyətinə dəfni üçün Bakanlar Kurulundan icazə alınır. Ancaq o dövrün daxili işlər naziri Namiq Gediyin qarşı çıxması nəticəsində Qaracaəhməd qəbiristanlığında polislər tərəfindən qazılan qəbrə dəfn edilməyə məcbur edilir. Sonradan yeddi mərmər sütun üzərində ətrafı açıq bir qübbə inşa edilən Qəbri-Şərifləri bu gün dünyanın dörd bir tərəfindən gələn möminlər tərəfindən ziyarət edilir.

Cənabı Haqq sevənlərini və bütün möminləri şəfaətlərinə nail etsin!