Əsərləri

Süleyman Hilmi Tunahan Əfəndi (q.s) Həzrətləri çox əsər yazmamışdır. Özlərinə nə üçün kitab yazmadığı soruşulduğunda bunu belə izah etmişdir:

“Sələfin şam işığında yazdığı əvəzsiz xəzinə misalı əsərlərin torpağa basdırılaraq çürüdüyünü, baqqallara satıldığını, zibilliklərə atıldığını və bir qisminin də kitabxana rəflərində tozlanıb çürüyərək tərk edildiyini gördüm. Mədrəsələri bağlanmış, yazısı dəyişdirilmiş, din elmləri yox olmağa üz tutmuş bir zamanda kitab yazmaqdansa, yazılan elmi əsərləri anlayaraq anladacaq və elmi sətirdən sadra endirib yaşadacaq tələbə, yəni canlı kitab yetişdirməyi daha lüzumlu gördüm”.

Bununla yanaşı, Süleyman Əfəndi Həzrətlərinin yazdığı əsərləri bunlardır:

  • “Quran Hərf və Hərəkələri, Qurani-Kərimi Ən Qısa Zamanda Oxumağı Öyrədən Yepyeni Bir Tərtib və Üsul”: 1958-ci ildə nəşr etdirdiyi bu əsər Qurani-Kərim oxumağı öyrədən bir əlifbadır. Bu əsərdən bu günə qədər milyonlarla insan Qurani-Kərim oxumağı öyrənmiş və hələ də öyrənməyə davam etməkdədir.
  • “Risaləi-Kibriti Ahmər” və “Risaləi-İksiri-Ulum və Marifət”.
  • “Məktublar və Bəzi Məsaili-Mühimmə”.

Bu son iki əsər təsəvvüfə dair olub “Məktubati-İmam Rəbbaninin” xülasəsi və özü mahiyyətində olaraq düşünülə bilər.

  • “Ammə Cüz”ünü təfsir etdikləri zaman tələbələri tərəfindən aparılan qeydlər.
  • Fatihə, Mülk, Nur, Əhzab, Qiyamə və bəzi surələri təfsir etdikləri zaman tələbələri tərəfindən aparılan qeydlər.